“Açılmamış solan gülüm”kitabının təqdimatı keçirildi

0
51

Bu gün Qəbələ Peşə təhsil mərkəzində şəhid Ağaşirin Babayevin adına yazılmış kitabın təqdimatı keçirildi.
Tədbirdə Qəbələ rayon icra hakimiyyəti nümayəndələri, Peşə təhsil mərkəzinin müəllimləri, tələbələri, şəhid ailələri, müəssisə təşkilat rəhbərləri, Qəbələ TV, yazarlar iştirak etmişdir.

Giriş sözü ilə Peşə təhsil mərkəzinin müavini Reyhan Məmmədova açmışdır. Əvvəlcə Azərbaycan respublikasının dövlət himni səsləndirilmiş, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra şəhidin adına hazırlanmış videoçarx nümayiş olunmuşdur.
Şəhidin valideynləri çıxış edərək övladları ilə qürur duyduğunu bildirmişlər.

Kitabın müəllifi Mirhəsən Ağayev çıxış edərək kitabın məzmunu anlatmış, yazdığı kitabları tədbir iştirakçılarına təqdim etmişdir.

Allah rəhmət eləsin şəhidlərimizə

Təranə Alməmmədova

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri