Abşeronun sabiq baş memarının həbs müddəti artırıldı

0
269

Binəqədi Rayon Məhkəməsində rüşvət almaqda təqsirləndirilərək, həbs edilən Abşeron Rayon İcra Hakimiyyətinin baş memarı Akif Əliyev və 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar təmir sahəsinin sabiq rəisi Murad Əhmədovun barələrində olan həbs-qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi vəsatətə baxılıb.

Prosesdə vəsatətlər təmin edilib və hər iki şəxs barəsində seçilmiş həbs-qətimkan müddəti uzadılıb.

Xatırladaq ki, Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri – rayonun baş memarı Akif Əliyev və 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar təmir sahəsinin sabiq rəisi Murad Əhmədov ötən il iyunun 23-də rüşvət alarkən saxlanılıb və hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barələrində dörd ay müddətə həbs-qətimkan tədbiri seçilib.