Abşeron rayon İcra başçısının gözündən uzaq qalmış məkanlardan biri…Video

0
43

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin, İctimai Nəzarət Təşkilatı, Sabitlik və İnkişaf Mərkəzinin Abşeron rayon nümayəndəliyinin sədr müavini Baxış Məmmədov bu rayonun Məmmədli kəndinin yol problemlərindən xəbər vermişdir:
“Abşeron rayonu Məmmədli kəndində birkası olmayan sahibsiz küçə itlərinin olması sakinlərin kabusuna çevrilmişdir. Eyni zamanda, Mustafa Kamal Atatürkün adını daşıyan küçə baxımsız və keçiləsi mümkün olmayan gölməçəyə çevrilmişdir.
Məmmədli kənd Bələdiyyəsinə, İcra nümayəndəliyinə dəfələrlə olunan müraciətlərə baxmayaraq, bu problemlər aylardır davam edir.
400 metrə qədər su ilə dolu keçilməz küçə artıq qazların məkanına çevrilmişdir.”
Abşeron rayon İcra başçısının da nəzarətindən kənar qalmış, insanların gəliş-gedişinə böyük maneə yaratmış, qorxu içində yaşamağa məcbur etmiş bu problemlər haqda tezliklə aidiyyati orqanlara müraciət ediləcəkdir.

İctimaixeber.az