ABŞ Maliyyə Naziri və Amerikanın ən yüksək ticarət təmsilçisi İsveçrədəki yüksək səviyyəli Çin rəsmiləri ilə tarif problemini həll etmək üçün danışıqlara başlayıb.
Bu barədə Çinin “Sinxua” xəbər agentliyi məlumat yayıb.
“Xəzinədarlıq naziri Skott Bessent və ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qri Cenevrədə Çin nümayəndə heyəti ilə görüşlərə başlayıb. Görüşə İsveçrənin baş nazirinin müavini He Lifenqın başçılıq edir”, – məlumatda deyilir.
Hər iki tərəfin diplomatları da danışıqların başlandığını təsdiqləyiblər. Dəqiq görüş yerini açıqlamayıblar.
İsveçrənin BMT- dəki səfirinin evindən qara rəngli avtomobil və furqonlardan ibarət kortej çıxıb. Agentlik qeyd edib ki, tərəflər əvvəlcədən razılaşdırılmış nahara getməzdən əvvəl təxminən iki saat görüşüblər.
AP qeyd edib ki, böyük irəliləyiş üçün perspektivlər zəif görünür, lakin ABŞ və Çinin bir-birinin mallarına tətbiq etdikləri böyük tarifləri azaldacaqlarına ümid var.
Bir gün əvvəl Ağ Evin mətbuat katibi Karolin Levitt bildirmişdi ki, ABŞ Prezidenti Donald Tramp birtərəfli qaydada tarifləri azaltmaq niyyətində deyil.