ABŞ Qarabağ savaşına görə Rusiyadan An-2 alır

0
385

ABŞ Rusiyanın Mi-24 və ya Mi-17 helikopterlərini, eləcə də An-2 təyyarələrini almaqda maraqlıdır.

Bunu rusiyalı hərbi ekspert Boris Rojin deyib. O, Rusiya helikopterləri və təyyarələrinin silahlanma, taktika ilə bağlı kursların yay mərhələsindəki təlimlərdə potensial düşmən kimi istifadə ediləcəyini bildirib.

Rusiya və sovet texnikasının alınmasının ABŞ üçün normal praktika olduğunu deyən Rojin An-2 təyyarələrinin Pentaqon üçün xüsusi maraq kəsb etdiyini söyləyib. Ekspert bu təyyarələrin alınmasının Qarabağdakı müharibə ilə bağlı olmasını istisna etməyib.

Qeyd edək ki, Vətən müharibəsində Ordumuz An-2-lərdən düşmənin havadan müdafiə komplekslərinin yerini müəyyən etmək üçün tələ kimi istifadə edirdi.