ABŞ-ın 27,5 trilyon borcu: hansı prezidentin payına nə qədər düşür?

0
438

“Dekabrın15-nə olan məlumata görə, ABŞ dövlətinin ümumi borcu $27,5 trilyona çatıb”.Bunu iqtisadçı ekspert Samir Əliyev deyib. Onun sözlərinə görə, bu borcun 37,9%-i və ya $7,6 trilyonu Tramp administrasiyasının payına düşür: 

“Trampın prezidentlik müddətinin bitməsinə hələ 1 aydan çox vaxt qalıb. Yəqi ki, bu müddət ərzində borcun həcmi daha $200-250 milyard artacaq. Tramp ABŞ tarixində ən çox borclanmaya gedən prezident olub. İkinci yerdə Barak Obama gəlir. Obama administrasiyasının borclanması $9,3 trilyon olub. Trampdan fərqli olaraq Obama bu borcu iki prezidentlik müddətində yığıb. Buş administrasiyası isə $4,9 trilyon borc alıb”.
Samir Əliyev onu da əlavə edib ki, ümumiyyətlə, götürdükdə isə $27,5 trilyonluq borcun $21,8 trilyonu və ya bütün borcun 79%-i məhz adıçəkilən 3 prezidentin dövrünə yığılıb.