
ABŞ F-16 qırıcılarının Türkiyəyə satışına icazə verib.
Dövlət Departamentinin qanunvericilik-konqres əlaqələri üzrə müşaviri köməkçisi Naz Durakoğlunun imzası olan sənəd mart ayının 17-də imzalanıb.
Qeyd edək ki, Türkiyənin Rusiyadan aldığı S-400 zenit-roket kompleksinə görə ABŞ rəsmi Ankaranı F-35 proqramından uzaqlaşdırmışdı.
Türkiyə isə ödənən pulun əvəzində ABŞ-dan F-16 qırıcılarını əldə etmək istəyirdi.