ABŞ Ermənistana ayrılan vəsaiti kəsdi: Mask göstəriş verib

0
20

ABŞ Ermənistanda “Demokratik Mədəniyyətin Təşviqi” proqramının maliyyələşdirilməsini ləğv edib.

Bu barədə ABŞ mətbuatı məlumat yayıb. Bildirilir ki, layihə səmərəsiz hesab edilib və 215 milyon dollar dəyərində ləğv edilmiş 139 qrant sırasına daxil edilib.

Söhbət İlon Maskın rəhbərlik etdiyi ABŞ hökumətinin Səmərəlilik Departamentinin qərarından gedir. Ermənistan üçün 2 milyon dollar ayrılıbmış. Ermənistanla yanaşı, Böyük Britaniya, Moldova, Özbəkistan, Braziliya, Belarus və digər ölkələrdə də analoji layihələr ləğv edilib. Məlumatda onların bəzilərinin yararsız hesab edildiyi vurğulanır.