ABŞ-də “TikTok” mobil tətbiqi yenidən “Apple” və “Google” əməliyyat sistemlərində əlçatan olub.
Qeyd olunub ki, “TikTok” tətbiqinin əməliyyat sistemlərinə qayıtması ABŞ-nin baş prokuroru Pam Bondinin məktubu ilə əlaqələndirilir.
Xatırladaq ki, ABŞ-də yanvarın 19-dan qoyulan qadağa çərçivəsində “TikTok” tətbiqi “App Store” və “Google Play”in əməliyyat sistemindən çıxarılmışdı.
Yanvarın 20-də inaqurasiyadan sonra isə Donald Tramp ABŞ-də platformanın bloklanmasını ən azı 75 gün təxirə salmağı nəzərdə tutan sərəncam imzalayıb. O, həmçinin jurnalistlərə bildirib ki, ABŞ “TikTok”un yarısına sahib olmalıdır.