ABŞ-də doğulan uşaqlar bu halda vətəndaşlıq ala bilərlər

0
15

ABŞ-ın Merilend ştatında yerləşən federal məhkəmənin hakimi Prezident Donald Trampın ABŞ-da doğulan uşaqlara verilən vətəndaşlıq hüquqlarını məhdudlaşdıran sərəncamına qarşı ümummilli qərar verib.

Bu qərarı Merilend Dairə Məhkəməsinin hakimi Debora Bordman açıqlayıb.

Hakim əlavə edib ki, hal-hazırda ABŞ ərazisində doğulan hər bir uşaq doğulduğu an ABŞ vətəndaşı olur.

“Bu, 160 ildir ki, ölkəmizin qanunlarına və ənənələrinə əsaslanır. Lakin Donald Tramp bunun dəyişməsini istəyir. Lakin bu qanun və ənənə hələ də qüvvədədir”, – deyə D. Bordman vurğulayıb.

Bu, Trampın doğum hüququ ilə vətəndaşlıq verməyi məhdudlaşdıran əmrinin ləğv olunduğu ikinci məhkəmə qərarıdır. Qeyd edək ki, Tramp prezidentliyə başladıqdan sonra, valideynləri ABŞ vətəndaşı və ya daimi sakin olmayan, lakin ölkə ərazisində doğulmuş uşaqların vətəndaşlıq almasını qadağan edən bir sərəncam imzalayıb. O vaxtdan bəri ən azı altı məhkəmə mübahisəsi bu sərəncama qarşı açılıb.