Amerika Birləşmiş Ştatları Ukrayna ordusuna Almaniyadakı hərbi obyektlərdə təlim keçməyə başlayıb.
Bu barədə Pentaqonun sözçüsü Con Kirbi mətbuat üçün brifinq zamanı bildirib.
O qeyd edib ki, təlimləri hələ Ukrayna ərazisində müharibədən əvvəl Ukrayna hərbçiləri ilə əməkdaşlıq edən Florida Milli Qvardiyası aparır.
Kirbinin sözlərinə görə, ABŞ ukraynalılara Almaniyada və digər Avropa ölkələrində təlim keçir.
“Bu yeni təlimlər Ukraynanın bugünkü döyüşlərdə qalib gəlməsinə birbaşa dəstəkdir”, – deyə Kirbi qeyd edib.
Mənbə: UNİAN