ABŞ alimləri koronavirus xəstələrini müalicə etmək üçün aşağı radiasiyadan istifadə edərək təcrübələr aparıblar.
Bildirilib ki, mütəxəssislər koronavirusdan əziyyət çəkən on xəstənin ağciyərlərinə 10-15 dəqiqə ərzində şüa veriblər:
“Doqquz xəstənin səhhətində 24 saat ərzində müsbətə doğru irəliləyiş müşahidə olunub və onlar üç gün ərzində xəstəxanadan buraxılıb”.
Qan testləri və ağciyərlərin görüntülərinə əsasən az miqdarda radiasiyanın təhlükəsiz və effektiv olduğuna qərar verilib.