Ermənistandan Azərbaycana qarşı ŞOK PLAN: Müharibənin GİZLİ TƏRƏFİ

0
462

Ermənistan Azərbaycanın təbiət incisi olan Göyçə gölünü məhv etməkdə davam edir.

Göyçə gölünün ətrafındakı iaşə obyektləri gölün çirkləndirilməsində “böyük əmək sərf edirlər”.

Hökumət bu obyektlərin sökülməsi haqda qərar çıxarsa da, ekoloqlar qərarın kağız üzərində qaldığını bildirirlər. Gölün suyu intensiv şəkildə azalmaqdadır.

Göyçə gölü bütün Qafqazın ən böyük duzsuz su mənbəyidir. 1914 metr hündürlükdə yerləşən gölün uzunluğu 70 kilometrdir. Hələ sovet vaxtı göl məhv olmaq təhlükəsi ilə üzləşmişdi. Buna səbəbsə ötən əsrin 30-cu illərində kənd təsərrüfatının su ehtiyacını qarşılamaq üçün göldən 40-a qədər tunelin qazılması idi. 1960-cı ildə isə Göyçə gölü bataqlığa çevriləndə Xruşşov məsələyə qarışdı. Lakin göl indiyə qədər əvvəlki vəziyyətinə qayıtmayıb.

SSRİ dağılandan sonra isə ermənilər gölü sözün əsl mənasında istismar etdilər. Hələ keçmiş prezident Serj Sarkisyanın dövründə gölün sahili çimərliyə çevrilib. Sahildə yaradılan 11 ictimai çimərlik yay fəslində 160-180 min turisti qəbul edir. Bununla yanaşı, gölün ətrafında yaradılan sahibkarlıq obyektləri suyun çirklənməsində böyük paya sahibdirlər.

Nikol Paşinyan hakimiyyətə gələndən sonra gölün çirkənməsinin qarşısının alınması məsələsi parlamentin müzakirəsinə çıxarıldı, hətta hökumət çimərliklərin ləğvi, obyektlərin sökülməsi haqda qərar qəbul etdi. Amma bu qərarların heç biri icra edilmir. Hazırda qarşıdan gələn çimərlik mövsümünə hazırlıq aparır.

Bununla yanaşı, Paşinyan hakimiyyətinin Cermuk və Amulsar qızıl yataqlarında axtarışları gücləndirməsi Göyçə gölünün tarixin arxivinə qovuşması təhlükəsini artırıb.

Ermənistan faktiki olaraq gölün məhv edilməsi istiqamətində şüurlu addımlar atır. Burada Ermənistan Milli Elmlər Akademiyasının ekologiya mərkəzinin direktoru Armen Saqatelyanın bir neçə il öncə dediyi sözlər diqqət çəkir.

“Rəqibə hərbi güclə qalib gələ bilməyəndə, müharibənin başqa elementləri işə salınır. Misal üçün, “ekosid” adlanan vasitə. Bu vasitə ilə rəqibin həyat təminatının mərkəzləri məhv edilir. Sevan (ermənilər Göyçə gölünə belə deyirlər – red.) gölü də belə mərkəzlərdəndir”, – deyə o bildirirdi.

Erməni alimin dolayısı ilə etdiyi etiraf deməyə əsas verir ki, İrəvan rejiminin qızıl və pul həm də Azərbaycanın Göyçə gölünün məhvinə hesablanmış addımdır. Ermənistan gölün onlara məxsus olmadığını, bir gün geri alınacağını anlayır və bunun üçün Cənubi Qafqazın təbiət incisini məhv edir.