Hamam və sauna sağlamlığa müsbət təsir göstərə bilər.
Bu barədə həkim Aleksandr Umnov bildirib.
Onun sözlərinə görə, hamam prosedurları sinir sistemini sakitləşdirir, stress səviyyəsini azaldır.
Mütəxəssis qeyd edib ki, şam ağacı və evkalipt tərkibli efir yağları soyuqdəymənin qarşısının alınmasına və immunitetin möhkəmlənməsinə kömək edə bilər.
Həkimin sözlərinə görə, hamamda spirtli içkilərdən uzaq durmaq lazımdır, çünki bu, ürəyə əlavə yük yaradır.
Məlumata görə, saunada qan dövranı sürətlənir, damarlar genişlənir və stress azalır. Müntəzəm sauna prosedurlarının ürək-damar xəstəlikləri riskini 50 faizədək azaltması ilə bağlı məlumatlar da var.



