Şəhid yetişdirən ana – Ümmül-bənin

0
706

İslam tarixində ən uca məqama malik olan qadınlardan biri də Ümmul-bənindir. O, İmam Əlinin (ə) həyat yoldaşlarından biri idi və Əbülfəzl-Abbasın anası idi. Onun dörd oğlu vardı ki, adları belədir: Əbülfəzl Abbas, Osman, Cəfər, Abdullah.

Bu dörd oğlu Aşura hadisəsində şəhid olmuşdu. O, oğlanlarını öz əli ilə şəhadətə yola salır və deyir ki, onların vəzifəsi – vilayəti qorumaqdır. Dörd şəhidin anası olan Ümmül-bəninin beş bariz sifətləri vardı ki, onu başqa xanımlardan ayırmış və məqamını yüksəltmişdir. Bu sifətlər ilə tanış olaq.

1. Əhli-Beytin (ə) haqqı barəsində elmi vardır və o, vilayətçi idi. Hər bir qadın bunu rahatlıqla qəbul edər ki, övladı – onun bu dünyada olan ən əziz insanıdır. Ona görə də onları böyüdən zaman heç bir şeyi əsirgəməzlər. Ancaq bu banu Quranın bu ayəsini öz şüarı qərar vermişdi. Quran buyurur: “Və heç bir mömin kişiyə və möminə qadına yaraşmaz və şər’ən caiz və əqlən rəva deyildir ki, Allah və Onun Rəsulu (onların barəsində) bir fərman verdikdə, onların öz işlərində ixtiyar sahibi olsunlar. Və kim Allaha və Onun Rəsuluna itaətsizlik etsə (asi olsa), şübhəsiz açıq-aşkar bir azğınlığa düşmüşdür”. (“Əhzab” 36).

O zaman ki, İmam Hüseynin (ə) şəhadət xəbərini eşidir, bu dahi banu deyir: “Ey kaş övladlarım və bu Yer kürəsində olan hər şey ona fəda olardı, ancaq o, yaşayardı”.

2. Qeyrətli idi. Xanımın şücaəti və qeyrəti o qədər böyük idi ki, o, əxlaqın fəzilətli sifətlərini özündə kamala çatdırmışdı. Əhli-Beyt (ə) düşmənləri ilə qarşılaşan zaman heç bir qorxu onu əhatə etməzdi. İmam Əli (ə) həyat yoldaşı seçən zaman Ümmül-bəninin bu sifətinə də diqqət göstərmişdir.

3. Bəsirət əhlindən idi. Analar övladlarına olan sevgisini qəlblərində saxlayarlar. Ancaq bu ana yaxşı dərk edirdi ki, övladlarını vilayət yolunda fəda etməlidir. O, razı idi ki, dörd övladını qurban versin, ancaq İmama (ə) bir şey olmasın. O zaman ki, Bəşir ona dörd oğlunun şəhadət xəbərini verir, Ümmül-bənin deyir: “Mənə Hüseyndən (ə) xəbər ver. Övladlarım və göyün altında olan hər şey ona fəda olsun”.

Bəşir deyir: “Allah bu sözlərinə görə sənə böyük əcr versin”.

Xanım bu sözləri ürəkdən deyirdi, çünki bəsirət əhli idi və övladlarının vilayət yolunda şəhid verməyi ən böyük səadət hesab edirdi.

4. Səbir qalasını fəth etmişdi. Aşura hadisəsində çox az ana vardı ki, dörd övladının hamısını şəhid versin. Bütün analar yaxşı bilir ki, insan bir övladını itirən zaman qəmi nə qədər böyük olur, o ki, qaldı dörd övladına. Ancaq Ümmül-bənin səbri ilə bir daha sabit etdi ki, o, Həzrət Əbülfəzlin (ə) anasıdır.

5. Şəhid yetişdirən analardan idi. Bu ana övladlarını doğru yolda tərbiyə etmiş və onlarda vilayət sevgisi yarada bilmişdi. Elə insanlar tərbiyə etmişdir ki, İmamın (ə) yolunda canlarını vermiş və bundan bir zərrə qədər peşman olmamışdılar.