Xatirələrimiz təkcə beyində saxlanılmırmış: bu orqan da eyni funksiyanı icra edir

0
17

Nyu York Universitetində aparılan araşdırma xatirələrimizin təkcə beynimizdə saxlanmadığını ortaya çıxarıb.

Bu barədə Nyu-York Universitetinin nevroloqu Nikolay Kukuşkin araşdırma aparıb.

Məlum olub ki, beyin hüceyrələri xatirələrimizi saxladığı kimi böyrək hüceyrələri də eyni funksiyanı yerinə yetirir.

“Öyrənmə və yaddaş çox vaxt yalnız beyin hüceyrələri ilə əlaqələndirilir, lakin bizim araşdırmamız göstərir ki, orqanizmin digər hüceyrələri də öyrənə və yaddaş formalaşdıra bilər”, – deyə Kukuşkin bildirib.

“Georgia College” universitetindən nevroloq Aşok Hedce bu kəşfin gələcəkdə yaddaş itkisindən əziyyət çəkən insanlara böyük fayda verəcəyini və “Alzheimer” kimi xəstəliklərin qarşısının alına biləcəyini qeyd edib.

Araşdırma “Nature Communication” jurnalında dərc olunub.