Süni intellekt: Nələr edə bilir və cəmiyyətə hansı töhfə verir?

0
189

İnsan zəkasını imitasiya edə bilən texnologiyanın, yəni bu gün bildiyimiz süni intellektin ideyası müasir kompüterlər ortaya çıxmamışdan çox əvvəl yaranıb. Süni intellekt termini ilk dəfə 1956-cı ildə Dartmut konfransı zamanı istifadə olunub. Həmin dövrdən sonra dünya üzrə korporasiyalar və hökumətlər süni intellektin inkişafına böyük sərmayələr yatırmağa başladı. Lakin 1974-cü ildə süni intellekt sahəsində tədqiqatların maliyyələşdirilməsi dayandırıldı. Məlum oldu ki, qarşıya qoyulan hədəflərə nail olunmayıb və yaxın gələcəkdə reallaşacağı da inandırıcı görünmür. Tədqiqatlar faktiki olaraq dalana dirəndi. Bu dövrdən sonra süni intellektə maraq periodik yaranıb itsə də, super kompüterlərin ortaya çıxması bu sahənin inkişafında yeni dönəm açdı. 1997-ci ildə şahmat üzrə o zamankı dünya çempionu Harri Kasparov “Deep Blue” super kompüterinə uduzdu. Süni intellektin pionerləri olan Nobel mükafatı laureatları Herbert Saymon və Allen Nyuell hələ 1958-ci ildə 10 il sonra rəqəmsal kompüterin şahmat üzrə dünya çempionu olacağını iddia edirdilər. Təxminən 30 il gecikmə ilə olsa da, bu baş verdi. Artıq 2000-ci illərdə kompüterlərin hesablama gücü böyük məlumat axınlarını emal etməyə imkan verirdi. İnternetin yaranması ilə isə yığılan və emal olunan məlumatların sayı kəskin artdı. Bu, süni intellekt texnologiyasının inkişafı üçün əlavə stimul oldu.

Süni intellekt qlobal hegemonluq uğrunda mübarizədə yeni rəqabət alətinə çevrildi

Təkcə ötən il ərzində süni intellektə özəl investisiyalar iki dəfə artaraq 93,5 milyard ABŞ dolları olub. Ən çox investisiya məlumatların emalı və idarəolumasına, eləcə də bulud texnologiyalarına yatırılıb. Sonrakı yerlərdə tibb və səhiyyə, maliyyə texnologiyaları, audiovizual vasitələr, yarımkeçiricilər, sənaye avtomatlaşdırılması, pərakəndə ticarət gəlir. İnvestisiyaların həcminə görə 52,9 milyard dollarla ABŞ liderlik edir. İkinci yerdə Çin (17,2 milyard ABŞ dolları) qərarlaşıb. Əgər 2010-cu ildə süni intellekt mövzusunda nəşrlərin sayı 162,5 min idisə, 2021-ci ildə bu göstərici 334,5 minə çatıb. İki ən iri kateqoriyanı jurnal məqalələri (51,5 %) və konfranslardakı hesabatlar (21,5 %) təşkil edir. Hər iki kateqoriyada liderlik Çinə məxsusdur.

Çinin kommunist partiyasının süni intellektə dövlət baxışı daha əvvəl formalaşsa da, məhz 2016-cı ildə köklü şəkildə dəyişdi. Həmin ilin martında 2 min ildən artıq yaşı olan Çinin milli intellektual oyunu “Go”da 18 qat dünya çempionu süni intellekt əsaslı “AlhaGo” proqramına məğlub oldu. Bu hadisə əsl şok effekti yaratdı. 2017-ci ildə isə Çində “Yeni Nəsil Süni İntellektin İnkişafı üzrə Plan” qəbul edildi. Çin süni intellekti beynəlxalq rəqabətin yeni sferası kimi görməyə başladı və 2030-cu ilə kimi bu sahədə dünya liderinə çevrilməyi hədəfləyir.

İnsanı tam əvəz edə bilməsə də, onun bir çox funksiyasını mənimsəyib

Bu gün Çində süni intellekt texnologiyaları müxtəlif sektorlarda, o cümlədən səhiyyə sistemində geniş istifadə olunur. Aparıcı klinikaların arxiv məlumatları əsasında yaradılmış CDSS (Clinical Decision Support System) sistemi regionlarda həkim çatışmazlığını aradan qaldırmağa kömək edir. Həmin sistemdə həkimlər simptomları və müxtəlif yardım variantlarını görə bilirlər, bu isə müalicə prosesini tezləşdirir. Bu, xüsusilə işə təzə başlayan mütəxəssislər üçün daha əhəmiyyətlidir. Bundan başqa, süni intellekt əsaslı virtual asistent proqramı həkim müalicəsinə əlavə olaraq 7/24 iş rejimində konsultasiya xidməti göstərir. Bu zaman anonimliyə icazə verildiyindən xəstələr həssas məsələlərini söyləməkdə daha rahat olurlar. Real həkimdən fərqli olaraq, süni intellekt xəstənin sözünü kəsmir və ona narahatlığını ətraflı təsvir etməyə imkan verir.

Çinin bir çox şəhərlərində yol hərəkətinin effektivliyinin artırılması üçün süni intellekt əsaslı sistemlərdən istifadə edilir. Ölkənin texnologiya nəhəngi “Baidu”nun hazırladığı ağıllı işıqforlar şəhərlərdən birində səhər və axşam vaxtı pik saatlarda gözləmə vaxtını 30 %-ə kimi azaldıb. Həmin cihazlar nəqliyyat və sərnişin axınları barədə məlumat toplayaraq onları təhlil edir və yol situasiyasını proqnozlaşdırmaqla hərəkəti optimallaşdırır. Başqa bir şəhərdə yaradılan yol hərəkətinin intellektual idarəolunması sistemi maşın öyrənməsinin geniş imkanlarından istifadə edərək tıxacların tipik modelləri barədə təsəvvür əldə etməklə potensial yol

ANALİTİKA5 Noyabr , 2022 18:01

Süni intellekt: Nələr edə bilir və cəmiyyətə hansı töhfə verir?

Süni intellekt: Nələr edə bilir və cəmiyyətə hansı töhfə verir?

İnsan zəkasını imitasiya edə bilən texnologiyanın, yəni bu gün bildiyimiz süni intellektin ideyası müasir kompüterlər ortaya çıxmamışdan çox əvvəl yaranıb. Süni intellekt termini ilk dəfə 1956-cı ildə Dartmut konfransı zamanı istifadə olunub. Həmin dövrdən sonra dünya üzrə korporasiyalar və hökumətlər süni intellektin inkişafına böyük sərmayələr yatırmağa başladı. Lakin 1974-cü ildə süni intellekt sahəsində tədqiqatların maliyyələşdirilməsi dayandırıldı. Məlum oldu ki, qarşıya qoyulan hədəflərə nail olunmayıb və yaxın gələcəkdə reallaşacağı da inandırıcı görünmür. Tədqiqatlar faktiki olaraq dalana dirəndi. Bu dövrdən sonra süni intellektə maraq periodik yaranıb itsə də, super kompüterlərin ortaya çıxması bu sahənin inkişafında yeni dönəm açdı. 1997-ci ildə şahmat üzrə o zamankı dünya çempionu Harri Kasparov “Deep Blue” super kompüterinə uduzdu. Süni intellektin pionerləri olan Nobel mükafatı laureatları Herbert Saymon və Allen Nyuell hələ 1958-ci ildə 10 il sonra rəqəmsal kompüterin şahmat üzrə dünya çempionu olacağını iddia edirdilər. Təxminən 30 il gecikmə ilə olsa da, bu baş verdi. Artıq 2000-ci illərdə kompüterlərin hesablama gücü böyük məlumat axınlarını emal etməyə imkan verirdi. İnternetin yaranması ilə isə yığılan və emal olunan məlumatların sayı kəskin artdı. Bu, süni intellekt texnologiyasının inkişafı üçün əlavə stimul oldu.

Süni intellekt qlobal hegemonluq uğrunda mübarizədə yeni rəqabət alətinə çevrildi

Təkcə ötən il ərzində süni intellektə özəl investisiyalar iki dəfə artaraq 93,5 milyard ABŞ dolları olub. Ən çox investisiya məlumatların emalı və idarəolumasına, eləcə də bulud texnologiyalarına yatırılıb. Sonrakı yerlərdə tibb və səhiyyə, maliyyə texnologiyaları, audiovizual vasitələr, yarımkeçiricilər, sənaye avtomatlaşdırılması, pərakəndə ticarət gəlir. İnvestisiyaların həcminə görə 52,9 milyard dollarla ABŞ liderlik edir. İkinci yerdə Çin (17,2 milyard ABŞ dolları) qərarlaşıb. Əgər 2010-cu ildə süni intellekt mövzusunda nəşrlərin sayı 162,5 min idisə, 2021-ci ildə bu göstərici 334,5 minə çatıb. İki ən iri kateqoriyanı jurnal məqalələri (51,5 %) və konfranslardakı hesabatlar (21,5 %) təşkil edir. Hər iki kateqoriyada liderlik Çinə məxsusdur.

Çinin kommunist partiyasının süni intellektə dövlət baxışı daha əvvəl formalaşsa da, məhz 2016-cı ildə köklü şəkildə dəyişdi. Həmin ilin martında 2 min ildən artıq yaşı olan Çinin milli intellektual oyunu “Go”da 18 qat dünya çempionu süni intellekt əsaslı “AlhaGo” proqramına məğlub oldu. Bu hadisə əsl şok effekti yaratdı. 2017-ci ildə isə Çində “Yeni Nəsil Süni İntellektin İnkişafı üzrə Plan” qəbul edildi. Çin süni intellekti beynəlxalq rəqabətin yeni sferası kimi görməyə başladı və 2030-cu ilə kimi bu sahədə dünya liderinə çevrilməyi hədəfləyir.

İnsanı tam əvəz edə bilməsə də, onun bir çox funksiyasını mənimsəyib

Bu gün Çində süni intellekt texnologiyaları müxtəlif sektorlarda, o cümlədən səhiyyə sistemində geniş istifadə olunur. Aparıcı klinikaların arxiv məlumatları əsasında yaradılmış CDSS (Clinical Decision Support System) sistemi regionlarda həkim çatışmazlığını aradan qaldırmağa kömək edir. Həmin sistemdə həkimlər simptomları və müxtəlif yardım variantlarını görə bilirlər, bu isə müalicə prosesini tezləşdirir. Bu, xüsusilə işə təzə başlayan mütəxəssislər üçün daha əhəmiyyətlidir. Bundan başqa, süni intellekt əsaslı virtual asistent proqramı həkim müalicəsinə əlavə olaraq 7/24 iş rejimində konsultasiya xidməti göstərir. Bu zaman anonimliyə icazə verildiyindən xəstələr həssas məsələlərini söyləməkdə daha rahat olurlar. Real həkimdən fərqli olaraq, süni intellekt xəstənin sözünü kəsmir və ona narahatlığını ətraflı təsvir etməyə imkan verir.

Çinin bir çox şəhərlərində yol hərəkətinin effektivliyinin artırılması üçün süni intellekt əsaslı sistemlərdən istifadə edilir. Ölkənin texnologiya nəhəngi “Baidu”nun hazırladığı ağıllı işıqforlar şəhərlərdən birində səhər və axşam vaxtı pik saatlarda gözləmə vaxtını 30 %-ə kimi azaldıb. Həmin cihazlar nəqliyyat və sərnişin axınları barədə məlumat toplayaraq onları təhlil edir və yol situasiyasını proqnozlaşdırmaqla hərəkəti optimallaşdırır. Başqa bir şəhərdə yaradılan yol hərəkətinin intellektual idarəolunması sistemi maşın öyrənməsinin geniş imkanlarından istifadə edərək tıxacların tipik modelləri barədə təsəvvür əldə etməklə potensial yol hadisələrini baş verməmişdən əvvəl müəyyən etməyə imkan verir. Şəhərdə quraşdırılan yüksək “zoom”lu geniş ekranlı kameralar real vaxt rejimində qırmızı işıqda keçmə, qadağan olunan dönmə hərəkəti, hərəkət zolağını qanunsuz dəyişmə kimi qeyri-qanuni manevr edən nəqliyyat vasitələrini çəkir. Sistem yoldakı vəziyyət haqqında böyük həcmli məlumatları və intellektual kameralardan gələn informasiyanı təhlil edərək hansı yol kəsişmələrində nə zaman tıxacın yarana biləcəyini proqnozlaşdıra bilir. Bu, polisə tıxacların qarşısını almaq üçün önləyici tədbirlər həyata keçirməyə imkan verir.

Bu yaxınlarda Çinin dövlət elektrik şəbəkəsi şirkəti elektrik enerjisinin paylanması üçün ölkənin ən güclü süni intellektini istifadəyə verib. Adətən elektrik enerjisindəki kəsintilər zamanı problemi həll edib, elektrik enerjisi verilişini bərpa etmək üçün 6-10 saat vaxt lazımdır. Süni intellekt bu vaxtı 3 saniyəyə endirəcək. Bu texnologiya elektrik sərfiyyatına qənaət etməyə imkan verir. Belə ki, süni intellekt yeni istifadəyə verilən Xançjou-Şaosin-Tayçjou yüksək sürətli dəmir yolu xəttində bütün əməliyyatlara inteqrasiya olunub. Bu da elektrik enerjisinə 30 %-ə kimi qənaət etməyə imkan verir.

Enerji resurslarından istifadənin səmərəliliyini artırır, büdcə vəsaitlərinə qənaət edir

Bir neçə milyon əhalisi olan liman şəhəri Quançjounu içməli su ilə təmin edən iri sutəmizləyici qurğular stansiyasında süni intellekt texnologiyasının tətbiqi iş prosesini heç zaman olmadığı qədər effektiv və etibarlı edib. Bu gün də stansiyanın fəaliyyəti üçün çox sayda işçi tələb olunmasına baxmayaraq, süni intellekt sayəsində onlar günün bütün saatlarında obyektdə olmaq məcburiyyətində deyillər. Sistem mütəmadi olaraq istehsalat haqqında hesabatlar generasiya edir ki, bu da personalın yükünü azaldır. Bundan başqa, süni intellekt istənilən nasazlıq barədə işçilərə erkən xəbərdarlıq göndərir. Hava şəraiti, bayram günləri, mövsümi dəyişikliklər və digər faktorlar əsasında şəhərin su sərfiyyatını proqnozlaşdıra bilir.

Çində süni intellekt hüquq sisteminin bütün sferalarında istifadə olunur. Maşın öyrənməsi texnologiyasına əsaslanan sistem bütün məhkəmə hakimlərinin iş masasına qoşularaq avtomatik şəkildə qanunlar və fərmanlar tövsiyə edir, hüquqi sənədlərin layihəsini hazırlayır, hökmdəki mümkün insan səhvlərini dəyişir. Hakim hər iş üzrə süni intellektlə məsləhətləşməlidir. Əgər hakim məsləhəti geri çevirirsə, sistem ondan yazılı izahat tələb edir. 2019-2020-ci illərdə süni intellekt hakimlərin iş yükünü 33 % azaldıb, 1,7 milyard iş saatına və 45 milyard ABŞ dolları həcmində büdcə vəsaitinə qənaət edib. Süni intellektin işi tək məhkəmə zalı ilə məhdudlaşmır. Uzun zaman kadr çatışmazlığı ilə əlaqədar olaraq məhkəmə qərarlarının icrası problem kimi qalırdı. Süni intellekt bu problemi ani həll edir. O, avtomatik olaraq məhkumun əmlakını taparaq onlayn-hərraca çıxarır. Sistem borcunu ödəmək istəməyən şəxsə təyyarə, sürət qatarı, mehmanxana kimi digər sosial xidmətlərdən istifadəni qadağan edə bilir.

Rasist və seksist davranışı ictimai narahatlıq yaradıb

Çin hesab edir ki, süni intellekt insanların rifahının artırılmasını təşviq etməli və dövlətin təhlükəsizliyinə təhdid yaradan hərəkətlərdə və qanunsuz fəaliyyətdə iştirak etməməlidir. Bundan başqa, ədalətliliyi təmin etməli və şəxsi həyatı kənar müdaxilələrdən qorumalıdır. Bu, ölkənin süni intellekt üçün etik prinsiplər kodeksində təsbit olunub. Orada süni intellektin daim insan nəzarəti altında olması vurğulanır. Bu baxışı Birləşmiş Millətlər Təşkilatının təhsil, elm və mədəniyyət təşkilatı olan UNESCO da bölüşür. Qurum süni intellekt üzərində nəzarətin olmasını zəruri sayır. Bu, UNESCO-nun süni intellektin etik aspektləri haqqında tövsiyələr toplusunda əks olunub. Sənədə əsasən, belə nəzarət təkcə bir nəfər tərəfindən deyil, zəruri hallarda hətta cəmiyyət tərəfindən inklüziv formada həyata keçirilməlidir. Süni intellektin məsuliyyətliliyin və cavabdehliyin yekun subyekti qismində insanı heç bir halda əvəz edə bilməyəcəyi deyilir. Ona görə də bir qayda olaraq süni intellektə həyat və ölümlə bağlı məsələlərin ötürülməməsinə diqqət çəkilir. Beynəlxalq hüquqa əsaslanan qlobal yanaşma çərçivəsində hazırlanan həmin tövsiyələr insan ləyaqətinə və hüquqlarına hörmət olunmasını, gender bərabərliyini, sosial və iqtisadi ədalətliliyi, insanın fiziki və psixoloji rifahını, müxtəlifliyi, inklüzivliyi, ekoloji təhlükəsizliyi və yaşayış mühitinin qorunmasını təmin etmək məqsədi daşıyır. Təşkilat əmindir ki, tövsiyələr süni intellekt əsaslı texnologiyaların inkişaf prosesini məsuliyyətli məcraya yönləndirə biləcək.

Ümumiyyətlə, süni intellekt qərəzlilik, stereotiplər və diskriminasiya baxımından ciddi naharatlıq doğurur. Hələ 2018-ci ildə “Amazon”un işçi axtarışı üçün test etdiyi alqoritmin sonda seksist olduğu ortaya çıxdı. Tətbiqi öyrətmək üçün ona son

10 ildə korporasiyaya daxil olan CV-ləri yükləyiblər. Onların da əksəriyyəti kişilər tərəfindən yollanıb. Nəticədə süni intellekt seçim zamanı məhz kişilərə üstünlük verib. Daha əvvəl oxşar hal “Microsoft” korporasiyasının başına gəlib. Şirkətin “Twitter”də istifadəyə verdiyi Tau çat-botu cəmi 24 saat ərzində rasist ideyaları dəstəkləməyə, genosidə çağırışlar etməyə və Adolf Hitlerlə fəxr etməyə başlayıb. Son bir neçə ildə süni intellektin qeyri-obyektiv və ya qərəzli olması barədə çox danışılır. Beynəlxalq aləmdə hətta “AI bias” termini ortaya çıxıb. Hesab edilir ki, “Al bias” süni intellektin şəxsi xüsusiyyəti yox, onun müəllifinə məxsus keyfiyyətlərin sistemə daşınmasının nəticəsidir. Bu cür sistemlərin yaradıcıları müəyyən sosial qrupların nümayəndələridir, bu və ya digər siyasi, sosial baxışların, yəni koqnitiv meyillərin daşıyıcılarıdır. İndividual qərəzlilik demək olar ki, istənilən şəxsin qaçılmaz xüsusiyyətidir və developerlərin mütləq obyektivlilik daşıyıcıları olduqlarını zənn etmək yalnışdır. Onlar istənilən halda öz səxsinin bir hissəsini alqoritmlərə köçürürlər. Bu da sonda “Al bias”ın meydana gəlməsinə gətirib çıxarır. Bu zaman modeli düzəltmək üçün də anlaşılan metodları tapmaq çətin olur. Belə ki, gender qərəzliliyinə sahib modeldən qadın sözünü ləğv etməklə problemi həll edə bilmirsiniz. Çünki gender yönümlü külli miqdarda başqa sözlər var və onların hamısını təsbit etmək çox çətindir.

Süni intellekt Azərbaycanda rəqəmsallaşmanı əhəmiyyətli dərəcədə sürətləndirə bilər

“AI bias”ı bir kənara qoysaq, süni intellekt iş əmsalının artırılmasında, istehsalatda vaxta, enerji resurslarına və büdcə vəsaitlərinə qənaət etmə, qəzaların profilaktikası və sair baxımdan əvəzolunmaz texnologiyadır.

Qlobal iqtisadiyyata sıx inteqrasiya olunan və dünyadakı müasir trendlərdən kənar qalmayan Azərbaycan üçün bu texnologiyaların inkişaf etdirilməsi vacibdir. Bu sahədə kifayət qədər uğurlu beynəlxalq təcrübə mövcuddur və bizə qalan ondan yararlanmaqdır. Bunun üçün isə müəyyən təməlin olması mühüm əhəmiyyət kəsb edir. Əvvəla, bu istiqamətdə dövlət strateji baxış ortaya qoymalıdır. Orada hədəflər və ona nail olmaq yolları dəqiq müəyyən edilməlidir. Süni intellektin inkişafı və milli süni intellekt fəaliyyətinin, qabiliyyətinin çevik idarə olunması məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində Azərbaycan Süni İntellekt Laboratoriyası yaradılıb. Qurum həm də süni intellekt sahəsində mütəxəssislərin yetişdirilməsi istiqamətində fəaliyyət aparır. Bu, milli kadr bazasının formalaşdırılmasında vacib rol oynaya bilər. Lakin sadəcə bacarıqlı kadr yetişdirməklə iş bitmir. Süni intellekt sahəsində elmi-tədqiqat mərkəzləri yaradılmalı, süni intellekt sahəsində ixtisaslaşan startapların vençur fondlarına çıxmasına dövlət dəstəyi artırılmalıdır. Bu cür startapların maliyyələşməsində iştirak edən özəl şirkətlərə hər hansı formada vergi preferensiyalarının verilməsi əhəmiyyətli stimul rolu oynaya bilər.

Bununla yanaşı, qanunvericilik səviyyəsində süni intellekt və robotların vurduğu zərərin məsuliyyətinin bölüşdürülməsi problemi həll olunmalıdır. Bu sahədə müəlliflik hüquqlarının dəqiq çərçivəsi müəyyən olunmalıdır. Süni intellektin etik davranışını tənzimləyən müddəalar formalaşdırılmalı, nəzarət mexanizmləri işlənib hazırlanmalıdır.

İdeal olan odur ki, süni intellekt insanları əvəz etmək yox, onların işini sürətləndirmək, asanlaşdırmaq, yükünü azaltmaq, səhv qərarların verilməsindən çəkindirmək, onları sığortalamaq üçün istifadə olunsun. Belə olarsa, süni intellekt cəmiyyət tərəfindən anlayışla qarşılanacaq. Süni intellekt sahəsindəki təbliğat və təşviqatın məhz bu yöndə qurulması vacibdir.