500 illik zavod görün hansı sirrin üstünü açdı: Bakının xilaskarının təsirli hekayəsi

0
79

Türkiyənin Beyoğlu rayonunda məktəb tikintisi zamanı 30 minaatanın tapıldığı ərazinin tarixi Karaağaç Barıt Sahəsi olduğu ortaya çıxıb. Sahə Cümhuriyyətin ilk illərində Nuri Paşanın silah zavoduna da ev sahibliyi edib. Nuri Paşanın kədərli hekayəsi yenidən gündəmə gəlib.

1890-cı ildə Bitolada anadan olan Nuri Paşa (Killiqil) 1909-cu ildə Bitola Hərbi Akademiyasını baş leytenant rütbəsi ilə bitirib. Ənvər Paşa qardaşı Nuri Paşanı Azərbaycan və Dağıstanın Osmanlıdan kömək istəməsindən sonra qurduğu Qafqaz İslam Ordusuna komandan təyin edib.

“Bakı Fatehi”

1918-ci il sentyabrın 15-də 12 min əsgərdən ibarət Qafqaz İslam Ordusu ilə Bakını xilas edən Nuri Paşa “Bakı Fatehi” kimi tanınır. “Mudros” barışıq müqaviləsi imzalandıqdan sonra Qafqaz İslam Ordusu Bakını tərk etməli olub, Nuri Paşa isə Batumidə ingilislər tərəfindən həbs edilib. O, 1919-cu il avqustun 8-də məhkəməyə çıxarılıb, oradan qafqazlıların köməyi ilə qaça bilib.

Müharibə sənayesinin pioneri

O, Türkiyənin “Nuri silahı” adlandırdığı ilk 9 millimetrlik silahı kütləvi şəkildə istehsal edib. Qurduğu fabrikdə top, minaatan, zenit gülləsi, eləcə də təyyarə bombaları istehsal edib. Nuri Paşa daxili müharibə sənayesinin inkişafına və ordunun atəş gücünün artırılmasına töhfə verən ilk sahibkarlardan biri olub.

Fabrikdə partlayış

2 mart 1949-cu ildə Nuri Paşanın İstanbulun Sütlücə bölgəsindəki barıt sahəsində yerləşən fabrikində səbəbini müəyyən etmək mümkün olmayan güclü partlayış baş verib. Partlayışda Nuri Paşa da daxil olmaqla 28 nəfər həyatını itirib. Barıt zavodunun tarixi Osmanlı dövrünə gedib çıxır. Qızıl Buynuz sahillərində yerləşən tarixi barıt zavodu II Sultan Bəyazid tərəfindən tikilib.

İstanbul Böyükşəhər Bələdiyyəsi baş katibinin müavini Mahir Polat sosial media hesabında paylaşım edərək “Təcili olaraq tikinti dayandırılmalı və tarixi Osmanlı Barıt Fabriki ərazisində arxeoloji işlərə başlanmalıdır” deyib.