
Bu günə qədər 300-dən artıq FHN əməkdaşı koronavirusa qarşı vaksinasiya olunub.
Bu barədə açıqlamasında FHN-nin Tibb Xidmətinin rəis müavini, tibb xidməti mayoru Vəfa Dadaşova deyib.
O bildirib ki, fevralın 25-dən FHN əməldaşlarının vaksinasiya prosesinə başlanılıb:
“Bu günə qədər 300-dən artıq şəxsi heyət vaksinasiya prosesinə cəlb olunub. Vaksinasiya könüllülük prinsipi ilə həyata keçirilir. Vaksin vurulan əməkdaşlarda heç bir yan təsir müşahidə edilməyib”