30 nəfər öldü – ÜST naməlum xəstəliyin səbəbini araşdırır

0
19

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Kvanqo əyalətində 30 nəfərin ölümünə səbəb olan naməlum xəstəliyin səbəbini araşdırmaqda Konqo Demokratik Respublikasına (KDR) kömək edir.

Bu barədə ÜST məlumat yayıb.

Təşkilat Panzi yaşayış məntəqəsində qeydə alınmış, hələ diaqnozu qoyulmamış xəstəliyin səbəbini müəyyən etmək məqsədilə mütəxəssislər göndərir. Onlar laborator araşdırmalar aparacaqlar.

Hazırda 394 xəstəlik və 30 ölüm halı qeydə alınıb. Xəstəliyin simptomlarına başağrısı, öskürək, qızdırma, təngnəfəslik və anemiya daxildir.