30 illik yubileyin mübarək olsun şəhidim

0
79

Bu gün 2-ci Fəxri Xiyabanda Vətən Müharibəsinin şəhidi Şəhriyar Əlibəylinin anım mərasimi keçirildi.Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məzarları önünə gül dəstələri qoyulub, ruhlarına dualar oxunub.Anım mərasimində Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və RIH-in aparat əməkdaşları, Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri, Qəbələ rayon şəhid ailələri, Qəbələ rayon Vəndam qəsəbə müəllim kollektivi, DAMMSİ inkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri , hərbçilər, zabitlər , qazilər məktəblilər iştirak etdilər

..Ailənin yeganə övladı olan, Suşa Fatehi Əlibəyli Şəhriyar Ramiz oğlu 25.10. 1994-cü ildə Qəbələ rayonu Vəndam kəndində dünyaya göz açmışdır. 2001-ci ildə Vəndam 1nömrəli pilot məktəbində 1-ci sinfə qədəm qoymuş Şəhriyar Əlibəyli 2004-cü ilə qədər həmin məktəbdə təhsil almış, daha sonra, ailəsi ilə birgə Bakı şəhərinə köçdüyü üçün, təhsilini Badamdar qəsəbəsində 236 saylı tam orta məktəbdə davam etdirmişdir. 2010-cu ildə C.Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur. Azərbaycan Ali Hərbi Məktəbinin məzunu olan Şəhriyar Əlibəyli 2018-ci ildən Qazax rayonunda ,N” saylı hərbi hissədə rabitəçi kimi fəaliyyət göstərmişdir. 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı könüllu olaraq Xüsusi Təyinatlı Qüvvələr qrupuna qoşularaq Şuşa, Xocavənd, Laçın, Kəlbəcər uğrunda döyüşlərdə ön cəbhədə iştirak etmişdir. 2022-ci ilin sentyabr ayında baş tutan ‘Qisas”əməliyyatında ön cəbhədə iştirak etmiş zabit
,,Şuşanın azad edilməsinə görə”
“Xocavəndin azad edilməsinə görə” ,
”Hərbi xidmətdə fərqlənməyə görə 3-dərəcəli medalı”, “Müharibə iştirakçısı” medalları ilə təltif olunmuşdur. Şuşa Fatehi, zabit , XTQ-in baş leytenantı Şəhriyar Əlibəyli 05.03.2023- ildə Rusiya Sülhməramlılarının nəzarət bölgəsində erməni təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olduqdan sonra “Vətən uğrunda medalı” ilə təltif olunmuşdur. Elin igid, mərd, qəhrəman oğlu Şəhriyar!
Ruhun şad,məqamın uca olsun!

Təranə Alməmmədova

Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi Sabitlik və inkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri