26 nəfər “Bulbul” siklonunun qurbanı oldu

0
409

Banqladeşdə 26 nəfər “Bulbul” siklonunun qurbanı olub.

Insanların ölümünün əsas səbəbi güclü küləyin aşırdığı ağaclar olub. İnsanların bir hissəsi batıb və ya evlərinin uçması nəticəsində ölüblər.

Daha əvvəl “bdnews24” internet-nəşri 13 nəfərin öldüyünü bildirirdi.

Bundan əlavə, 51 balıqçının itkin düşdüyü bildirilir. Məlumata əsasən, onlar xəbərdarlığa baxmayaraq dənizə çıxıblar və geri qayıdmayıblar.

Həmçinin qeyd edilir ki, siklon nəticəsində Banqladeşin 13 cənub rayonunda 100 minə yaxın evə ziyan dəyib.