26 illik nazirin həzin sonu – VİDEO

0
342

Gənclər və İdman naziri, Gənclər, İdman və Turizm naziri, Mədəniyyət və Turizm naziri, sonra da Mədəniyyət naziri.

Düzü, 64 ilin 26-sını nazir kimi çalışmaq hər adama nəsib olmur. Hələ bu illəri necə tamamlamaq məsələnin başqa tərəfidir.

Söhbət bu gün 26 illik taxtından endirilən Əbülfəs Mürsəl oğlu Qarayevdən gedir.

Əbülfəs Qarayev 13 noyabr 1956-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda təhsil alıb.

1994-2001-ci illərdə Gənclər və İdman naziri, 2001-2006-cı illərdə Gənclər, İdman və Turizm naziri, 2006-2018-ci illərdə Mədəniyyət və Turizm naziri vəzifələrində çalışıb.

2018-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifəsinə təyin olunub.

Turizm Agentliyi yaradılandan sonra belə fikirlər səsləndi ki, Əbülfəs Qarayevin səlahiyyətləri azaldıldı.

Bu fikri qəbul etməyən keçmiş nazir müsahibələrində bildirdi ki, Mədəniyyət Nazirliyinin funksiyaları tamamilə fərqlidir. Nazir deyirdi ki, mədəniyyət öz-özlüyündə artıq həmişə dövlətdən qidalanan bir sahə kimi qalmamalıdır. Ancaq bu dövr ərzidən mədəniyyətdən qazanılan gəlirlərdən daha çox regionlarda baxımsız qalan mədəniyyət abidələrindən danışdıq.

Daha ətraflı süjetdə: