2022: Şuşa inkişafa doğru – VİDEO

0
320

2022-ci ilin Şuşa ili elan olunmasında əsas məqsəd, şəhərin daha sürətlə bərpa olunması, infrostruktur quruculuğu, Şuşanın tarixi, mədəni simasının özünə qaytarılmasıdır. Millət vəkili Elşad Mirbəşir bu ilin həm də kifayət qədər subniminal mesaj xarakteri daşıdığını deyir.

Xatırladaq ki, ötən il yanvarın 5-də Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan olunması ilə şəhərin Cənubi Qafqaz regionunun mədəni inkişafında rolu önə çəkilib. Sonrakı mərhələdə isə tam bir ilin Şuşa ili olması, Azərbaycanın həm mədəniyyət mərkəzi, həm də tarixi torpağı Qarabağın mərkəzi kimi bu şəhər haqqında dünya ictimaiyyətinə daha aydın məlumatlar verilməsinə vəsilə olacaq. Onsuz da hələ münaqişənin mövcudluğu dövründə Azərbaycan istər Qarabağ haqqında, istrərsə də Şuşa haqqında dünya ictimaiyyətini davamlı olaraq məlumatlandırıb. Məsələn Azərbaycanın təşəbbüsü ilə 2021-ci ildə Şuşa şəhərinin UNESCO-nun təcili qorunmaya ehtiyacı olan mədəni irsi siyahısına daxil edilməsi bu istiqamətdə həyata keçirilən tədbirlərdən biridir. Şuşa ili çərçivəsində bu tədbirlər daha da genişləndiriləcək, orada Azərbaycan xalqına məxsus maddi-mədəni irs bərpa olunaraq beynəlxalq ictimaiyyətə təqdim olunacaq.

Sujeti təqdim edirik:

https://daytube.az/az/embed/122254