Rasim Məmmədov Rusiyaya və Türkiyəyə səfər edəcək

0
587

İctimai Nəzarət Koalisiyyasının sədri, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin 1-ci vitse-prezidenti Sabitlik və İnkişaf Mərkəzinin rəhbəri Rasim Məmmədov 29 dekabrda QHT-lərə Dəstək Agentliyinin rəhbərliyi və Prezident Adminstrasiyasının nümayəndələri ilə Şuşa səfərinə yola düşəcək. 31 dekabrda isə R. Məmmədov Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfər edəcək. Yeni ili orda keçirtdikdən sonra isə Türkiyəyə səfər edəcək. Bu işgüzar səfərlərdə 2022-ci ildə təşkilatın daha səmərəli iş rejiminə keçməsi üçün lazımı addımlar atılacaq. Səfərdə Rasim Məmmədovun Rusiyada yaşayan azərbaycanlılar və diaspor nümayəndələri ilə görüşəcəyi gözlənilir.Eyni zamanda Rasim Məmmədov ali təhsil aldığı RusiyaTətbiqi Biotexnologiya Universitetinidə görüşlər keçirəcək. Səfər haqqında daha geniş məlumatı oxuculara təqdim edəcəyik.
Məlumat üçün onuda bildirək ki, Rasim Məmmədovun oğlu Anar Məmmədov hazırda Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinin 70 kilometrliyində Fövqaladə Hallar Nazirliyinin xilasetmə xidmətində hərbi xidmətdədir. Yeni il qabağı onu da ziyarət etmək nəzərdə tutulur.