Ermənistan ordusunun baş qərargahı ətrafında qalmaqal davam edir

0
363

Ermənistan silahlı qüvvələrinin baş qərargahı ətrafında hərbi-siyasi qalmaqal davam edir.

Ermənistan ordusunun sabiq baş qərargahı Onik Qasparyan barəsində baş nazir Nikol Paşinyanın nümayəndəsi Tatevik Saruxanyanın vəsatəti təmin olunmayıb.

Mqer Petrosyanın sədrliyi ilə keçirilən məhkəmə iclasında iqtidar nümayəndəsinin vəsatəti rədd edilib.

Bildirilir ki, məhkəmə yekun qərar qəbul edənə qədər formal olaraq Onik Qasparyan baş qərargah rəisi olaraq qalacaq.