Hamilə arvadının başını kəsərək öldürdü – Azərbaycanda DƏHŞƏTLİ QƏTL – VİDEO

0
350

Abşeronda baş verən qət hadisəsi iilə bağlı bəzi təfərrüat məlum olub.

Ötən gecə Anar Bəkirovun öldürdüyü həyat yoldaşı Leyla Bəkirova 7 aylıq hamilə imiş.

Məlumata görə, A.Bəkirov qadının döş nahiyəsinə 3 dəfə bıçaq zərbəsi endirib və daha sonra onun boğazını kəsib.

Xatırladaq ki, Anar Bəkirov cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulub.

Abşeron rayonun Qobu qəsəbəsində dəhşətli qətl törədilib.

Dünən saat 21 radələrində 1991-ci il təvəllüdlü Anar Bəkirovun Qobu qəsəbəsində yaşadıqları evdə qısqanclıq zəminində 1993-cü il təvəllüdlü həyat yoldaşı Leyla Bəkirovanın boğaz nahiyəsinə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürüb.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Anar Bəkirov cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulub.