“Evdə qaldıqca vətəndaşların kommunal xərcləri artır” – Deputat

0
449

“Evdə qaldıqca vətəndaşların kommunal xərcləri artır”

“Şəxsən bizə su ilə bağlı gələn qəbzlər yanvar və fevral aylarında 2019-cu ilin orta göstəricisi ilə eynidir, mart ayında iki dəfə artıqdır. Sual yaranır ki, niyə? Bəs deyilmişdi, orta göstərici nəzərə alınacaq?” 

Bu sözləri millət vəkili Əli Məsimli İctimai TV-ə qonaq olan zaman deyib. Deputat bildirib ki, kommunal ödənişlərlə bağlı müəyyən güzəştlərin edilməsi vacibdir:

“Vətəndaşları narahat edən əsas məsələlərdən biri kommunal xərclərlə bağlıdır. Evdə qaldıqca kommunal xərclərin intensivliyi artıb. Təkliflərin içərisində işığa yalnız müəyyən limitin artırılması var. Bu limitin artırılmasının da 70-80% Azərbaycan ailəsinə elə bir əhəmiyyəti yoxdur. Olanda da 1-2 manat divident edir. Evdə olan zaman su, qaz da kifayət qədər artıq istifadə olunub”.