Maşın özü-özünə hərəkət edib 4 dəqiqə fırlandı – VİDEO

0
337

Maşın özü-özünə hərəkət edib 4 dəqiqə fırlandı - VİDEORusiyanın Perm şəhərində qəribə hadisə baş verib.

Yolun kənarında qalan avtomobil qəfildən hərəkətə gəlib və dövr etməyə başlayıb.

Təxminən dörd dəqiqə ərzində hadisənin şahidləri maşını dayandıra bilməyib və avtomobil hətta yoldan keçən maşınlardan birinə toxunub.

Avtomobilin yiyəsi pəncərədən maşının açarını ataraq, dayandırmaq üçün göstərişlər verib, lakin faydası olmayıb.

Bir neçə dəqiqə sonra o, ayaqyalın və yalnız alt paltarında küçəyə çıxıb. Başqa cürə alınmadıqda, sahibi pəncərənin şüşəsini qırıb içəridən dayandırıb.

Hadisənin səbəbləri barədə məlumat verilmir.