Bu pişiyin ad gününü 50 min nəfər izlədi – FOTO

0
379

Bu pişiyin ad gününü 50 min nəfər izlədi - FOTO2015-ci ildə Rusiya ilə Krım yarımadasını birləşdirən Kerç boğazı üzərindən körpünün tikintisi zamanı fəhlələr tərəfindən köməksiz vəziyyətdə tapılan və həmin yol ötürücüsünün simasına çevrilən pişik üçün ad günü mərasimi keçirilib.

Körpünün şərəfinə “Bridge” adı verilən pişiyin ad günündə xeyli insan iştirak edib. Mərasimə pişiyin sosial şəbəkə profili vasitəsilə 50 min nəfər canlı tamaşa edib.

Qeyd edək ki, 2018-ci ildə körpünün açılışı zamanı da ora ilk ayaq basan məhz bu pişik olub.

Bu pişiyin ad gününü 50 min nəfər izlədi - FOTO