DƏHŞƏTLİ HADİSƏ: avtomobil çaya düşdü, bir ailənin 24 ÜZVÜ ÖLDÜ – Toydan qayıdırmışlar

0
408

Pakistanda avtomobil körpünün dağılması nəticəsində çaya düşüb.

Hadisə nəticəsində 24 nəfər ölüb. Nəqliyyat vasitəsi toy mərasimindən qayıdırdı.

“Hamısı bir ailənin üzvü olan 24 nəfər onları daşıyan avtomobilin çaya düşməsi nəticəsində boğuldu”, – Yuxarı Koxistan dairəsinin mülki müdafiə idarəsinin başçısı Axsanul Hak bildirib.

Nəşrin məlumatına görə hadisəyə səbəb köhnə vəziyyətdə olan körpünün həddən yüklənmiş avtomobilin çəkisinə dözməməsi olub. Polis və yerli sakinlər həlak olanların bədənlərinin axtarışlarına başlayıb.