Yəməndə 700-dən çox insan eyni səbəbdən ölüb

0
402

2019-cu ilin əvvəlindən Yəməndə azı 705 insan vəba xəstəliyindən dünyasını dəyişib. Bu bəyanatla BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Hak çıxış edib.

BMT rəsmisi bildirib ki, 2019-cu ilin əvvəlindən vəba xəstəliyinə yoluxan 460 min insan qeydiyyata alınıb ki, onlardan da 200 minə yaxını uşaqlardı. Bu, 2018-ci ilin göstəricilərini 80 min fərqlə üstələyir. Belə ki, ötən il 380 min vəba xəstəsi aşkarlanmışdı. Eləcə də ölüm hallarının sayı da ötən illə müqayisədə çoxalıb. 2019-cu ilin əvvəlindən xəstəlik nəticəsində 705 nəfər dünyasını dəyişib. Halbuki, 2018-ci ildə bu rəqəm 75 idi.

Hak qeyd edib ki, bu il xəstəliyin yayılmasına Yəməndəki daşqınlar və içməli suyun çatışmazlığı təsir göstərib.