Həmyerlimiz Türkiyədə bir torba pulu zibilliyə atıb

0
660

Türkiyədə azərbaycanlı pulla dolu bağlamanı zibilliyə atdı

Türkiyənin Əskişəhər şəhərində yaşayan azərbaycanlı Elşən İbrahimov pulla dolu bağlamanı yanlışlıqla zibilliyə atıb.

Belə ki, Elşən qardaşı Vüqar İbrahimova məxsus, içərisində 7 min 401 dollar, 800 min avro və 10 manat olan torbanı zibil qutusuna atıb. Pulu çölə atdığını sonradan başa düşən Elşən dərhal polisə müraciət edib.

Qısa müddət sonra azərbaycanlı qardaşların pulu Əskişəhər-Seyitqazi yolu üzərində yerləşən zibillikdən tapılaraq təhvil verilib.