
Azərbaycan SSR-də1945-ci ildə Azərbaycan sirk qrupu təşkil edildi. Artıq 1946-cı ildən başlayaraq Bakı sirkinin truppası SSRİ-nin şəhərlərini mütəmadi olaraq gəzməyə başladı.
Sovet İttifaqından əlavə Qərbi Avropada, Asiyada və Afrikada, həmçinin Amerikada da turlar olub.
1968-ci ildə isə Bakı Sirkinin binası istifadəyə verildi. Burada kimlər çıxış etməyib – klounlar, illüzionistlər, heyvanlar…
1970-1989-cu illərdə Bakı sirkində çıxış edən kanatda yeriyənlər, akrobatlar, ekvilibrlər, güc və hava gimnastları təqdim olunub.