
Ötən gün Ağdam şəhərinə səfər edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev 13 yaşlı xanəndəmizin ifa etdiyi “Bayatı-Şiraz” muğamını dinləyərkən göz yaşlarına hakim ola bilməyib.Bu barədə süjet Türkiyənin “Haber Global” telekanalında yayımlanıb.
Tədbirdən sonra muğam ifaçısı ilə görüşən H.Hacıyev öz səsi ilə onu kövrəldən gənc xanəndəyə təşəkkürünü çatdırıb.