“2024 YR4” asteroidinin 2032-ci ildə Yerlə toqquşma ehtimalı 1.2%-dən 3.1%-ə yüksəlib. Bu, müşahidə tarixində ən yüksək göstəricidir.
7 il sonra asteroidin Yerlə toqquşma ehtimalı cəmi bir neçə həftə ərzində bu qədər artıb.
Alimlərin fikrincə, asteroidin Yerlə toqquşması zamanı TNT ekvivalentində 8 meqaton gücündə partlayış baş verə bilər. Bu, Xirosimaya atılan atom bombasının gücündən 500 dəfə çoxdur.
Alimlər “2024 YR4″ün sıx məskunlaşmış şəhərə düşməsinin nəticələrini proqnozlaşdırıblar – zərbə dalğası partlayış mərkəzindən 13.7 km radiusda olan binaların əksəriyyətini dağıdacaq. İnsan tələfatı ehtimalı hətta 19 km radiusda da qalacaq, 40 km-ə qədər məsafədə olan insanlar isə yüngül xəsarət alacaqlar.
Bununla belə, alimlər hələ asteroidin hansı orbitlə uçacağını dəqiq bilmirlər.
Xatırladaq ki, “2024 YR4” asteroidi 27 dekabr 2024-cü ildə Çilidəki ATLAS rəsədxanasında aşkar edilib. Onun diametri təxminən 70 metrdir ki, bu da Çelyabinsk meteoritindən üç-dörd dəfə böyükdür.
“Onu 33 gündür müşahidə edirlər və məlum olub ki, onun planetimizlə 22 dekabr 2032-ci ildə toqquşma ehtimalı var. Hazırda Yerlə toqquşma ehtimalı müxtəlif qurumlar tərəfindən 0.5-dən altı faizə qədər qiymətləndirilir. Altı faiz – yəni vəziyyətin inkişafının 16 variantından biri toqquşmanı nəzərdə tutur”, deyə – “Ka-Dar” rəsədxanasının və “Astrovertı” astrofermanın elmi rəhbəri, astronom Stas Korotkiy jurnalistlərə bildirib.