Əyilən qəddimizi düzəltdi, təhqir olunan mənliyimizi, əzilən qürurumuzu dirçəltdi…

0
433

Müzəffər Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsi hiyləgər və vandal ölkənin işğalçı ordusu üzərində möhtəşəm qələbələrə imza atdı, hərb və dövlətçilik tariximizə şərəfli səhifələr yazdı. Ali Baş Komandanımız İlham Əliyev​ xalqımızın dəmir iradəsinə söykənərək, qətiyyətini nümayiş etdirdi, 200 ildən üzü bəri üzərimizə gələn və müqqədəs torpaqlarımızı himayəçilərinin hərtərəfli köməyilə işğal edən barbar tayfaya sarsıdıcı və ölümcül zərbələr endirdi.
Qısa zaman kəsyində igid, əsgər və zabitlərimiz Fizulu, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarını, mənəvi və mədəni məbədimiz olan Şuşanı murdarlardan təmizlədi. Düşmən diz çökdü, ağ bayraq qaldırdı, Kəlbəcər, Laçın və Ağdamın döyüşsüz təslim edilməsinə imza atdı, diletant baş nazir dünya səviyyyəli qrosmeystr qarşısında rəzil vəziyyətə düşdü.
Qalib gəldik. Döyüş cəbhəsində olduğu kimi, siyasi müstəvidə də Möhtərəm, Cənab Prezidentimiz xalqımıza unudulmaz anlar yaşatdı, başımızı uca etdi, əyilən qəddimizi düzəltdi, təhqir olunan mənliyimizi, əzilən qürurumuzu dirçəltdi, onu uca zirvələrə qaldırdı.
Sizinlə fəxr edir, qürur duyuram, möhtərəm cənab Prezident! Xoşbəxtəm ki, Uca Tanrı mənə Sizin rəhbərliyiniz altında dövlətimizə və xalqımıza xidmət etmək şansı vermişdir. Rəbbimiz millətimizin yolunda ürəyinizdə kök salan müqqədəs arzularınızın ucalığını Sizə qismət eləsin. Bütöv Azərbaycan amalı uğrunda mücadiləniz xoş taleyiniz olsun!
Fəzail Ağamalı,

Millət Vəkili, Ana Vətən Partiyasının sədri