Rusiyanın Soçi şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında Suriyadakı vəziyyətlə bağlı danışıqlar başa çatıb.
Danışıqlar 6 saat davam edib.
Anlaşmanın yekun nəticəsi belədir:
1. Hər iki tərəf Suriyanın siyasi birliyi və ərazi bütövlüyünün mühafizəsinə və Türkiyənin milli təhlükəsizliyinin qounmasına bağlılıqlarını bildirib;
2. Terrorun hər üzü ilə mübarizə aparmaq və Suriya ərazilərindəki bölücü məqsədləri əngəlləmək;
3. Bu mövzuda Təlabyad və Rəsulayn da daxil olmaqla 32 km dərinliyindəki mövcud “Barış pınarı” hərəkatının əhatə etdiyi ərazilərdəki sabitliyi mühafizə etmək;
4. Hər iki tərəf “Adana razılaşması”nın əhəmiyyətini qəbul edir, Rusiya Federasiyası mövcud vəziyyətlərdə razılaşmanın həyata keçirilməsini asanlaşdırcaq;
5. 23 oktyabr 2019-cu il, gündüz saat 12:00-dan etibarən Rusiya əsgər-polisi və Suiya sərhəd mühafizəsi “Barış pınarı” əməliyyatlarından kənar olan Türkiyə-Suriya sərhəddinin Suriya hissəsinə YPG terrorçularının və silahların sərhəddən 30 km kənara çəkilməsini təmin etmək üçün daxil olacaq. Bütün bu tədbirlər 150 saat içində tamamlanacaq. Eyni zaman fasiləsində mövcud “Barış pınarı” hərəkatının keçirildiyi ərazilərdə, Kamışlı şəhəri xaric” ortaq Türkiyə-Rusiya patrolları tətbiqata başlayacaq;
6. Münbiş və Telrıfatdan YPG terrorçuları silahları ilə bərabər çıxarılacaqdır;
7. Hər iki tərəf terror ünsürlərinin sızmalarına qarşı əks-tədbirlər alacaq;
8. Miqrantların güvənli və könüllü şəkildə geri qayıtmaqları məqsədiylə ortaq işlər görüləcək;
9. Bu memorandumun icrasına nəzarət etmək və əlaqələndirmək üçün birgə audit və yoxlama mexanizmi yaradılacaqdır;
10. Tərəflər səylərini davam etdirəcək və Astana mexanizmi çərçivəsində Suriya münaqişəsinin daimi siyasi həllini tapmaq üçün Konstitusiya Komitəsinin fəaliyyətini dəstəkləyəcəklər.