Ərdoğan peyvənddən sonra: “Burda çətin heç nə yoxdur” – YENİLƏNİB+FOTO/VİDEO

0
313

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ankara Şəhər Xəstəxanasında koronavirus əleyhinə peyvənd olunub.

Peyvəndin vurulmasından sonra jurnalistlərin qarşısına çıxan ölkə prezidenti ilk təəssüratlarını media əməkdaşları ilə bölüşüb.

Prezident bildirib ki, hazırda onunla birlikdə Ədalət və İnkişaf Partiyasının Mərkəzi Qərar və İdarə Məclisinin toplantısında iştirak edənlərin vaksinasiya prosesi davam edir.

“Bütün partiya liderlərini, cəmiyyətin öndə gedən şəxslərini bizim nümunəyə dəstək olub, vaksinasiyadan keçməyə çağırıram. Burada çətin heç nə yoxdur. Beş dəqiqəyə vaksin vurulur, 15 dəqiqə istirahət edirsən”, – deyə R.T.Ərdoğan bildirib.

Türkiyə prezidenti bugünədək koronavirusdan ölənlərə Allahdan rəhmət diləyib.

19:36

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ankara Şəhər Xəstəxanasında koronavirus əleyhinə peyvənd olunub.

Anadolu Agentliyi ölkə prezidentinin vaksinasiya prosesini canlı olaraq yayımlayır.https://www.youtube.com/embed/5yUFGyTWoVo

19:00

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ankara Şəhər Xəstəxanasında koronavirus əleyhinə peyvənd olunacaq.

Bu barədə Ədalət və İnkişaf Partiyasının Mərkəzi Qərar və İdarə Məclisinin toplantısından sonra partıyanın mətbuat katibi Ömər Çelik məlumat verib.

“Vaksin məsələsində cəmiyyətimizə öndərlik etmək üçün hörmətli prezidentimiz, ilk növbədə özü peyvənd olunacaq. Cənab Ərdoğan peyvəndlə bağlı ictimaiyyətdəki tərəddüdləri aradan qaldırmaq və hər kəsə nümunə olmaq üçün toplantımızdan dərhal sonra xəstəxanaya gedəcək”, – deyə Ö.Çelik bildirib.