Əli Əsədovdan Nazirlər Kabineti ilə bağlı SƏRƏNCAM

0
386

Baş nazir Əli Əsədov “Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 dekabr tarixli 1214 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında Sərəncam imzalayıb. 

Bununla bağlı Nazirlər Kabinetinin rəsmi saytı məlumat yayıb. 

Sərəncama əsasən,  Ədliyyə Nazirliyi icra prosesində müəyyən ediləcək aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 dekabr tarixli 1214 nömrəli Fərmanına uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Bu Sərəncamın icrası Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilir.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.