Ermənistanda pullu mitinq olacaq – Üç gün sonra başlayırlar

0
43

Ermənistan müxalifəti aprelin 18-dən etibarən küçə aksiyalarına başlayacaq.

Bu barədə “Demokratiya, qanun və nizam-intizam” partiyasının təsisçisi Vardan Qukasyan deyib.

Lakin budəfəki aksiyanı digərlərindən fərqləndirən pullu olmasıdır. Qukasyan gənclərə çağırış edib ki, onlar aksiyaya qoşulacaqları təqdirdə cəriməsini özü ödəyəcək.

“Mənə maksimum 50 min dram cərimə nəzərdə tutulan aksiyalarda iştirak edəcək 100 gənc lazımdır. Bu pulu ödəyəcəm, mənim sənə fiziki ehtiyacım var”, – o bildirib.