Ermənistan KTMT-də iştirakını DONDURUR

0
94

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında ( KTMT ) iştirakını dayandırıb.

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib .

Paşinyan izah edib ki, onun nöqteyi-nəzərindən Ermənistanla bağlı kollektiv təhlükəsizlik sazişi yerinə yetirilməyib və bu, təsirsiz qala bilməz.

“Bu baxımdan Ermənistan KTMT-də iştirakını dondurur”, – Paşinyan elan edib.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı 2002-ci ildə yaradılıb. KTMT-yə altı dövlət daxildir: Ermənistan, Belarus , Qazaxıstan , Qırğızıstan , Rusiya və Tacikistan .