Bakıda yeni metro stansiyası nə vaxt açıla bilər?

0
137

“Bənövşəyi xətt”in yeraltı dördüncü stansiyası olan “B4” 2024-cü ildə açıla bilər”.

Bunu açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, dəqiq tarix növbəti ildə işlərin hansı səviyyədə icra olunmasından asılıdır.

“Dördsəviyyəli olan stansiyanın iki səviyyəsinin inşası başa çatdırılıb. 2023-cü ilin sonuna qədər digər səviyyələrin də inşası tamamlanacaq. Həmçinin infrastrukturun qurulması və təchizatla bağlı əsas işlər də gələn il görüləcək”, – deyə o qeyd edib.