AVRO-2020-nin yekun ev sahibləri bilindi: Bilbao əvəz edildi

0
293

AVRO-2020-nin yekun şəhərləri açıqlanıb.

Bu gün UEFA-nın videokonfrans fotmatında görüşü olub.

Konfransa əsasən İspaniyanın Bilbao şəhəri tribunalara azarkeş buraxmamaq istəyinə görə yarışdan məhrum edilib. Onu İspaniyanın digər şəhəri Sevilya əvəzləyib.

İrlandiyanın paytaxtı Dublində keçirilməli olan görüşlər isə Rusiyanın Sankt-Peterburq şəhərinə salınıb. Almaniyanın Münhen şəhəri isə azarkeşləri tribunalara buraxacağına dair öhdəliyi yerinə yetirəcəyinə zəmanət verdiyindən, burada oyunların keçirilməsində dəyişiklik edilməyib.

Qeyd edək ki, AVRO-2020 11 iyun – 11 iyul tarixlərində qitənin 12 şəhərində keçirilməli idi. Yekun siyahıya əsasən ev sahibi olan şəhərlər bunlardır: Bakı (Azərbaycan), Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Kopenhagen (Danimarka), Sevilya (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Niderland). Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi etməlidir.