“Lotu Quli”nin ad gününə gələnlər saxlanıldı – Fotolar

0
472

“Lotu Quli”nin ad gününə gələnlər saxlanıldı

Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları Xmelnitski vilayətində yerləşən istirahət mərkəzlərindən birində baş tutan oğruların “sxodka”sına qarşı əməliyyat keçirib.

Bu barədə Ukrayna Milli Polisi rəhbərinin birinci müavini Vyaçeslav Abroskin sosial şəbəkədə məlumat yayıb.

O, əməliyyatdan fotolar paylaşaraq bildirib ki, cinayətkar aləmin üzvləri azərbaycanlı “qanuni oğru” “Lotu Quli”nin ad gününü qeyd etmək üçün toplaşıblar.

Onun sözlərinə görə, digər kriminal qruplaşmalar da Nadir Səlifovun doğum günü münasibətilə Azərbaycan da daxil olmaqla Türkiyə, Birləşmiş Ərəb Əmirliklərində bir araya gələrək bu günü təntənə ilə qeyd edirlər.