Ziya Məmmədov Mehdiyevə bağışladığı villanı geri alacaq? – Dostların düşmənçiliyi

0
324

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin ətrafındakı çəmbər sürətlə daralır. AMEA-nın Tarix İnstitutunun direktoru Kərim Şükürovdan sonra Akademiyanın İşlər idarəsinin sabiq müdiri, keçmiş deputat Elton Məmmədov da “boz kardinal”ın fəaliyyətini sərt tənqid edib. 

Kərim Şükürovdan fərqli olaraq, Elton Məmmədov daha sərt ittihamlar səsləndirib. Belə ki, o, Ramiz Mehdiyevi elmdən xəbrsiz alim, səriştəsiz idarəçi adlandırıb. Amma bununla da ürəyi soyumayıb. Məmmədov bir qədər də irəli gedərək, AMEA prezidentinin qaranlıq keşmişinə işıq tutub, onun qeyri-azərbaycanlı olan həyat yoldaşından, qaynından danışıb. Hətta rəqibini ona məxsus olan və uzun illərdən bəri sınaqdan keçirilən “sialhla” vurub. Deyib ki, Ramiz Mehdiyev Azərbaycanın dövlət maraqlarını şəxsi maraqlarına qurban verir.

AMEA-da nə baş verir? Danışmaqdan çox susmağa üstünlük verən qocaman alimləri birdən-birə danışmağa nə vadar edir?

AMEA-da gedən proseslər göstərir ki, “alimlərin üsyanı” gözlənilən idi. Ramiz Mehdiyev AMEA prezidenti seçilən gündən bu “üsyana” zəmin hazırlayırdı. Tabeliyində çalışan şəxslərlə kobud rəftar, bezdirici iş rejimi, süründürməçilik, lazımsız sənəd mübadiləsi alimlərin ciddi narazılığına səbəb olub. Qurumda hökm sürən qeyri-sağlam mühit nəticəsində hamı bir-birindən şübhələnir, qarşılıqlı etimad zəifləyir. Ən xırda qərarlar belə birinci şəxs tərəfindən verilir. Məsələn, AMEA-nın nəzdində fəaliyyət göstərən institutlardan birində çalışan sıravi kitabxanaçının rayonda dünyasını dəyişən qohumunun yas mərasiminə getməsi üçün birbaşa Mehdiyevin razılığı olmalıdır. Bu cür bürokratik idarəçilik rəhbər şəxsləri, xüsusilə institut direktorlarını, onların müavinlərini təngə gətirdiyindən Kərim Şükürov istefa vermək məcburiyyətində qaldı.

Kərim Şükürov nüfuzlu alim, vəzifəli şəxs olduğu və öz qərarını ictimailəşdirdiyi üçün onun istefası bu qədər böyük rezonans doğurdu: Amma bizdə olan məlumata görə, Ramiz Mehdiyev AMEA prezidenti seçiləndən sonra bu qurumda müxtəlif vəzifələr tutan 20-dən çox alim səssizcə istefa ərizəsi yazaraq, iş yeriylə vidalaşıb. Adlarının qalmaqalda hallanmasını istəmədikləri üçün özləri bu məsələnin ictimailəşməsini istəməyiblər.

Bəllidir ki, Ramiz Mehdiyevin həm Ziya Məmmədov, həm də Elton Məmmədovla yaxşı münasibəti olub. Hətta Ziya Məmmədov Göyçay rayonunun Hüngütlü kəndində Ramiz Mehdiyevə villa bağışlayıb. Hətta ötən il ölkə sərt karantin rejiminə keçəndə Mehdiyevin bir müddət Hüngütlüdə Ziya Məmmədovun bağışladığı villada dincəldiyi bildirilir. O, 82 yaşını da Göyçayda Ziya və Elton Məmmədovlarla birgə qeyd edib. Elton Məmmədovun AMEA İşlər idarəsinin müdiri vəzifəsinə təyinat alması da məhz dostluq münasibətləri sayəsində baş tutub. Amma Elton Məmmədovun AMEA-ya yüksək postlara öz adamını yerləşdirmək istəməsi onların münasibətlərini korlayıb. Ramiz Mehdiyevin yaşının çox olduğunu,

AMEA prezidenti postunda uzun müddət qala bilməyəcəyini anlayan Elton Məmmədov onun yerinə keçmək üçün gizli hazırlıqlara başlayıb. Məmmədovun niyyətindən xəbər tutan Ramiz Mehdiyev onu biabırçı şəkildə işdən qovmaqla qədim dostluğu əbədi düşmənçiliyə çeviirb.

Tərəflər arasındakı gərginliyin məhkəmə müstəvisinə çıxmasından sonra Ziya Məmmədovun Göyçayın Hüngütlü kəndində Ramzi Mehdiyevə bağışladığı villanı geri tələb edəcəyi istisna olunmur.