
Madridin “Real” klubunun baş məşqçisi Zinəddin Zidan İspaniya La Liqasında 26-cı turunda “Atletiko”ya qarşı oyunun nəticəsini (1:1) qiymətləndirib.
Z. Zidanın şərhini “Marca” agentliyi dərc edib.
48 yaşlı mütəxəssis oyun barədə bildirib ki, “Atletiko” görüşün ilk hissəsinin qəhrəmanı oldu:
“Biz isə ikinci hissəni yaxşı keçirdik. Bizim məqsədimiz – işimizi davam etdirməkdir. Titul üçün sona qədər mübarizə aparacağıq”.