Zibillik içində “üzən” Nübar qəsəbəsi: Pandemiya zamanı bu rəzil mənzərə sakinləri narahat edir – VİDEO

0
268

Abşeron rayonu, “İpək yolu” adlanan ərazinin yaxınlığında (Nübar qəsəbəsi) yaşayan sakinlərin şikayəti öz həllini tapmır.

Bu barədə  sakinlər məlumat verib.

Onların sözlərinə görə, ərazi üzrə bələdiyyə öz üzərinə düşən işi yerinə yetirmək istəmir:

“Bu küçənin girişində Vətən müharibəsi şəhidi, baş leytenant Şirəliyev Sahib Yusif oğlunun şəkli vurulub. Şəhidimizin yaşadığı ev də burada yerləşir. Sakinlər üfunət qoxuyan ərazidən keçib evinə gedə bilmir. Zibil konteynerlərini elə bir yerə qoyublar ki, zibil atmaq mümkün deyil. Çünki zibil konteynerlərinə gedən yol palçıq içindədir. İnsanlar oradan keçə bilmədiyi üçün zibilləri hara gəldi atmaq məcburiyyətində qalırlar. Burada antisanitar vəziyyət yaranıb. Zibil dolub-daşır amma bələdiyyə gəlib zibilləri təmizləmir. Əksinə yerində yandırır və insanları tüstüyə boğur”.

Videoya aşağıdakı linkdən baxa bilərsiniz

https://www.instagram.com/p/CZJfahDqANC/?utm_source=ig_embed&ig_rid=7bec82b5-cf1e-4eba-a7a9-358848894142&ig_mid=39A6857A-7C4D-47F5-9D6E-2C5B316418E1