Zelenskiyə “irəli” deyənlər gerilədi: Qərb onun planını niyə ələ salır?

0
88

Vladimir Zelenskinin “qələbə planı” deyilən planı əslində dünya müharibəsi planıdır.

Bunu Almaniya parlamentinin deputatı Sevim Dağdelen deyib.

O vurğulayıb ki, Ukraynanın qələbəyə yaxınlaşması üçün ABŞ və digər NATO ölkələri münaqişədə tam şəkildə iştirak etməlidir. Deputat həmçinin qeyd edib ki, Almaniya hakimiyyətinin bu məsələdə susması ölümcül vəziyyətə apara bilər.

Bundan əlavə, Dağdelen qeyd edib ki, son sorğulara görə, Almaniya əhalisinin əksəriyyəti artıq Kiyevə silahların çatdırılmasının əleyhinədir.