ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenskinin hərəkətlərindən dərin məyus olub.
Bu barədə rusiyalı senator Aleksey Puşkov deyib.
“ABŞ prezidentinin tonu da onun Zelenskinin manevrlərindən çox qıcıqlandığına şübhə yeri qoymur”, – Puşkov bildirib.
Senator onu da qeyd edib ki, bu, Amerika liderinin Zelenskinin nadir torpaq ehtiyatları ilə bağlı sövdələşməyə razılıq vermədiyi və ya onu öz xeyrinə dəyişməyə çalışacağı təqdirdə “böyük problemlər yaşayacağı” haqda sözləridir. Tramp həmçinin vurğulayıb ki, Zelenski Ukraynanın nə vaxtsa NATO-ya üzv olacağına ümid etməməlidir.